27 May 2016 15:33
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada yaşayan azərbaycanlı jurnalist Fuad Abbasov 28 May – Respublika Gününün Rusiyada bütün Azərbaycan diasporu tərəfindən keçirilməsi ilə əlaqədar çağırış edib.

F.Abbasov Teleqraf.com-a açıqlamasında deyib ki, Feysbuk şəbəkəsində iki həftə ərzində aparılan səsvermə nəticəsində Rusiyada 28 May – Respublika Gününün donor qanı bağışlamaqla qeyd edilməsi təklifi ən çox səs toplayan ideya olub.

Jurnalist çağırışında deyib: “Gəlin, önümüzdəki şənbə günü, Rusiyanın hər bir şəhərində olan qanvermə mərkəzinə kiçik qruplar şəklində gələrək qan bağışlayaq. Qan verildiyi zaman kiçik və ya böyük ölçüdə olmasından asılı olmayaraq Azərbaycan bayrağı gətirmək vacibdir. Daha vacibi bu qanvermənin video və foto şəkillərinin çəkilməsidir. Biz bu materialları toplayaraq Rusiyanın və Azərbaycanın KİV-lərində yayımlayacağıq.

Qanvermədən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Çünki qan verilməsinin bir çox yararları olduğu kimi, bəzi insanlar üçün mənfi təsiri də ola bilər. Rusiyada qanvermə mərkəzlərinin ünvanlarını www.yadonor.ru/where.htm ünvanından tapmaq mümkündür. Moskvada 28 May – Respublika gününü qan verməklə qeyd etmək istəyən hər kəs üçün whatsapp qrupu da açılıb. Qrupa daxil olmaq üçün +79268878833 nomrəli telefona yazmaq yetərlidir. Тoplanma ünvanımız Moskva şəhəri, Bakı küçəsi, ev 31 ünvanında olacaq”.

Səxavət


Müəllif: