27 May 2016 16:17
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq” Siyasi Partiyaların Əməkdaşlıq Mərkəzinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, Mərkəz 28 may Respublika Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib.

Təbrikdə deyilir: “Müstəqil müasir dövlət quruculuğu hər bir millətin fəxarət tarixidir”.

Mərkəzə daxil olan partiyalar Respublika Günü ilə bağlı 28 may saat 13:30-da M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcəklər.

İclasda jurnalist Xədicə İsmayılın həbsdən azad edilməsi alqışlanıb.

Cavidan


Müəllif: