20 İyun 2014 13:00
892

Milli Məclis İnqilab Nəsirovun Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə baxıb.

Bu haqda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Deyib ki, İnqilab Nəsirov uzun illər bu sahədə çalışıb, MSK-da fəaliyyət göstərib, Apelyasiya Məhkəməsində çalışıb. O, sonuncu dəfə cənab prezidentin müraciəti və parlamentin qərarı ilə Ali Məhkəmənin hakimi təyin edilmişdi. İnanıram ki, deputatlar cənab prezidentin müraciətini nəzərə alaraq onun hakim təyin olunmasına səs verəcək”.

Bundan başqa, Z.Zərbəliyevin Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələyə də deputatlar baxıb. Deputatlar İnqilab Nəsirovun Ali Məhkəməyə, Zərbəli Zərbəliyevin isə Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsini təsdiq edib.

Nemət


Müəllif: