30 May 2016 12:17
574
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Müsavat Partiyasından narazı qalıb.

Buna səbəb müsavatçıların AXCP üzvlərini 2 saat günün altında gözlətməsi olub.

Teleqraf.com xəbər verir ki, hadisə 28 may-Respublika Günündə Novxanıda baş verib.

Belə ki, AXCP Ali Məclisinin sabiq üzvlərindən biri mayın 28-də özünün feysbuk səhifəsində bu haqda status yazıb.

Cəbhəçi fəal bildirib ki, müsavatçılar Novxanıda Məhəmməd Əmin Rəsulzadənin abidəsi önündə yürüş-mitinq təşkil edib və bu zaman AXCP-Milli Şura cütlüyü iki saata yaxın Müsavatın tədbirinin başa çatmasını gözləyib.

Cəbhəçinin sözlərindən belə çıxıb ki, Müsavat bunu bilərəkdən və qəsdlə edib. Status müəllifi həmçinin bu vəziyyətin yaranmasına görə Müsavatı tənqid edib.

Lakin maraqlıdır ki, mayın 30-da artıq status silinib.

Cavidan


Müəllif: