1 İyun 2016 23:52
435
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanin İtaliyadakı səfiri Məmməd Əhmədzadə italiyalı senator Canluka Kastaldonun dəvəti ilə onun seçildiyi Abrutso regionunun Vasto şəhərinə səfər etmişdir.

Səfər çərçivəsində M.Əhmədzadə şəhərin meri Luçiano Antonio Lapenna ilə görüşmüş, burada fəaliyyət göstərən əsas sənaye obyektlərinə baş çəkmiş, habelə Kieti əyalətinin Sənayeçilər Konfederasiyasının bölgənin iş adamları üçün təşkil etdiyi seminarda çıxış etmişdir. Çıxışında M.Əhmədzadə Azərbaycanın iqtisadiyyatı, bu sahədə son dövrlərdə əldə edilmiş nailiyyətlər, İtaliya-Azərbaycan iqtisadi əməkdaşlığının hazırkı durumu və perspektivləri barədə məlumat vermişdir.

Səfər vaxtı M.Əhmədzadə yerli KİV-lərə müsahibələr vermişdir. Azərbaycan diplomatının bölgəyə səfəri yerli KİV-də geniş işıqlandırılmışdır.


Müəllif: