22 İyun 2014 14:42
1 215
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərə millisinin müdafiəçisi olmuş Rio Ferdinand komandanın sabiq baş məşqçisi Fabio Kapellonu tənqid edib.

Hazırda Rusiya millisinə rəhbərlik edən italiyalı mütəxəssisdən o İngiltərədə işləyəndə çox şey gözləyib.

“Amma Kapello komandada çox sərt rejim yaratdı ki, bunu da türmə rejimi ilə müqayisə etmək olar. Onun zamanında millidə isti münasibət yoxa çıxmışdı. Bundan başqa, Kapellonun taktiki seçimi standart idi. Bu səbəbdən rəqibləri İngiltərənin oyununu “oxuyurdular”. Qorxuram ki, eyni halla Rusiya millisi də üzləşsin” – deyə o bildirib./qol.az/


Müəllif: