22 İyun 2014 18:13
900
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son İspaniya çempionu “Atletiko” hücum xəttini gücləndirməyi planlaşdırır.

Dieqo Kosta və David Vilya kimi aparıcı hücumçuları ilə yolları ayıracaq Madrid təmsilçisi “Mançester Siti”nin futbolçusu Alvaro Neqredonu heyətinə qatmaq istəyir.

İngiltərə təmsilçisinin hücum xəttində kifayət qədər bacarıqlı futbolçular olduğundan Neqredonu “Atletiko”ya satacağı gözlənilir.

Qeyd edək ki, “Sevilya”dan “Mançester Siti”yə 20 milyon avroya transfer olunan ispaniyalı hücumçu son mövsümdə 23 qol vurub./qol.az/


Müəllif: