23 İyun 2014 15:26
1 202
12 Punto 14 Punto 16 Punto 18 Punto

15:18

Bu gün Çempionlar Liqasının 2014/15 mövsümünün ilk 2 təsnifat mərhələsinin püşkü atılıb. Publika.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın rəqibi müəyyənləşib. Ağdam klubu Maltanın “Valetta” komandası ilə qarşılaşacaq. İlk qarşılaşma səfərdə olacaq.

Qeyd edək ki, ÇL-in birinci təsnifat mərhələsinin ilk oyunları iyulun 1-2-də, cavab matçları isə 8-9 iyul tarixlərində baş tutacaq. İkinci təsnifat mərhələsinin ilk oyunları 15-16 iyul, cavab oyunları isə 22-23 iyul tarixlərində keçiriləcək.

11.43

Artıq "Qarabağ"ın potensial rəqiblərinin sayı azalıb. Püşkatma zamanı ağdamlılara 5 komandadan biri rəqib olacaq: F91 Düdelanj (Lüksemburq), Strömsqodset (Norveç), Sent-Patriks Atletik (İrlandiya), Valletta (Malta), Jalgiris (Litva).

11:15

Bu gün Azərbaycanın diqqəti İsveçrənin Nyon şəhərinə yönələcək.

Teleqraf.com xəbər verir ki, ölkəmizi avrokuboklarda təmsil edəcək komandalarımızın rəqibləri müəyyənləşəcək. Saat 15:00-da Çempionlar Liqasının, ardınca isə avroliqanın püşkü atılacaq.

Artıq “İnter” və “Qəbələ”nin potensial rəqiblərinin sayı azalıb. “Qəbələ” "səpələnməmişlər" səbətində yer aldığı üçün güclü rəqiblərdən biri ilə düşə bilər. Bölgə təmsilçisinin potensial rəqibləri qismində ötən mövsüm Avroliqanın qrupunda oynamış Karaqanda “Şaxtyor”u, Boludakı yoxlama oyunlarında “Neftçi”ni məğlub etmiş “Çixura”, eləcə də Çempionlar Liqasının təsnifat mərhələsində “ağ-qaralar”a məğlub olmuş “Şiroki Briyeq” var.


"İnter"in beş potensial rəqibi: Sent Culiya (Andorra), Tiraspol (Moldova), Hibernians (Malta), Sioni (Gürcüstan), Çelik (Çernoqoriya).

"Qəbələ"nin beş potensial rəqibi: Şaxtyor (Karaqanda, Qazaxıstan), Şiroki Brieq (Bosniya və Herseqovina), Birkirkara (Malta), Vaduts (Lixtenşteyn), Çixura (Gürcüstan).

Qeyd edək ki, Azərbaycanı avrokuboklarda 4 komanda – Çempionlar Liqasında “Qarabağ”, Avroliqada isə “İnter”, “Qəbələ” və “Neftçi” təmsil edəcək.

Püşkatma ilə bağlı oxuculara operativ məlumat verəcəyik.


Müəllif: