1 İyul 2016 01:42

Bu gün Avro-2016-nın 1/4 final mərhələsinin ilk oyunu keçirilib.

Teleqraf.com xəbər verir ki, yarımfinalda Polşa və Portuqaliya milliləri görüşür. Oyunda öncə İstanbul terrorunun qurbanları bir dəqiqəlik sükutla yad edilib.

Polşa matçın 2-ci dəqiqəsində vurulan Robert Levandovskinin qolu ilə hesabda önə çıxıb: 1-0.

Oyunun 34-cü dəqiqəsində Renato Sançes hesabı bərabərləşdirə bilib.

Hesab heç-heçə bitdiyi üçün oyuna əlavə vaxtlar artırılıb. Amma bu zaman da qalib müəyyən edilə bilməyib. Qapılara təyin edilmiş 11 metrlik cərimə zərbələrini isə Portuqaliya millisi dəqiq yerinə yetirərək yarımfinala vəsiqə qazana bilib.

Ruslan


Müəllif:
Загрузка...