3 İyul 2016 09:52
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslandiya millisinin futbolçusu Kolbeynn Siqtorsson Kriştiano Ronaldonun onlar haqda söylədiyi açıqlamaya cavab verib.

O, Portuqaliyadan fərqli olaraq heç olmasa, bir oyunda qalib gəldiklərini deyib:

"Ronaldonun dediklərinə xeyli güldük. Biz heç olmasa, turnirdə bir oyunda qalib gəlmişik. Portuqaliya heç onu da bacarmayıb. Ümid edirəm ki, Portuqaliya ilə finalda qarşılaşacağıq. Ronaldoya nələr bacardığımızı göstərmək istəyirik".

Qeyd edək ki, K.Ronaldo "Avro-2016"nın qrup mərhələsində İslaniya ilə 1:1 hesabı ilə bərabərə qaldıqları oyundan sonra rəqibin sanki kubok qazanmış kimi sevindiyini söyləmişdi. Bunun kiçik mentalitetin göstəricisi olduğunu vurğulayan Portuqaliya millisinin kapitanı İslandiyanın buna görə də çox qabağa getməyəcəyini bildirmişdi.


Müəllif: