3 İyul 2016 14:51
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qələbə qazanmaq üçün əlimizdən gələni etdik. Turnirdə irəliləmək üçün ürəyimizi qoyduq. Lakin alınmadı".

Qol.az-ın "Football İtalia"ya istinadən verdiyi məlumata görə, bu sözləri İtaliya millisinin qapıçısı Canluici Buffon "Avro-2016"nın 1/4 finalında Almaniyaya uduzduqları oyundan sonra deyib.

Buffon Almaniyaya məğlubiyyətin əsl şok olduğunu bildirib: "Konte komanda ilə fəxr edir. Biz sonadək mübarizə apardıq. Hamımızın ağlamaq üçün səbəbi var. Qələbəyə yaxın idik. Almaniya 3 penaltidən yararlana bilmədi. Ancaq bu da bizim qələbəmiz üçün kifayət etmədi. Almaniyaya məğlubiyyət əsl şok oldu. Bundan sonra irəli baxmalıyıq".

Qeyd edək ki, penaltilər seriyasında Almaniyaya 5:6 hesabı ilə uduzan İtaliya "Avro-2016"da mübarizəni dayandırıb.


Müəllif: