4 İyul 2016 00:15
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oyunun sonlarına yaxın İrlandiya ikinci qolunu rəqib komandanın qapısından keçirdi. İkinci qolun müəllifi Birkir Byarnssondur.

***

İkinci hissədə İslandiya özünün ilk, Fransa isə beşinci qolunu vurdu.

***

Fransa üstünlüyü əldə etməkdə davam edir. 1-ci hissənin sonuna az qalmış Antuan Qrizman komandasının 4-cü qolunu vurub.

***

Dmitre Paye komandasına 3-cü qolu qazandırdı.

***

Oyunun 19 -cu dəqiqəsində Fransa hesabı ikiyə çıxarıb. İkinci qolun müəllifi Paul Pobka olub.

***

Oyunun birinci hissəsində 11-ci dəqiqədə hesab açılıb. Hesabı Fransa komandasının oyunçusu Giraud açıb.

Bu gün “Avro-2016”da 1/4 final mərhələsinə yekun vurulur.

Keçiriləcək bir oyunla sonuncu yarımfinalçının adı bəlli olacaq.

Meydan sahibi Fransa çempionatda sürpriz nəticələri ilə yadda qalan İslandiya millisi ilə qarşılaşır.

Qeyd edək ki, Portuqaliya, Uels və Almaniya artıq yarımfinaldadır.

3 iyul

Avropa çempionatı, 1/4 final

23:00. Fransa - İslandiya - 0:0 (Birinci hissə)
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Rökel, Ervin Zeynstra
Əlavə köməkçi hakimlər: Pol van Bökel, Rixard Lisveld (hamısı Hollandiya)
Dördüncü hakim: Milorad Majiç


Müəllif: