5 İyul 2016 01:52

"Çelsi"nin hücumçusu Dieqo Kostanın klubdakı gələcək taleyinə aydınlıq gəlib.

İspaniyalı futbolçu növbəti mövsümdə də London təmsilçisində oynayacaq.

Daha öncə "Çelsi"nin yeni baş məşqçisi Antonio Kontenin rəhbərliyi altında oynayacağına şübhə ilə yanaşan Kostanın sabiq komandası "Atletiko"ya qayıdacağı bildirilirdi. Lakin Kosta yekunda "Çelsi"də qalmağa qərar verib.

Qeyd edək ki, Kosta 2014-cü ildə "Atletiko"dan "Çelsi"yə transfer olunub.


Müəllif:
Загрузка...