5 İyul 2016 01:16
502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisinin hücumçusu Olivye Jiru "Avro-2016"nın yarımfinalında qarşılaşacaqları Almaniya ilə oyun haqda danışıb.

Jiru almanların görüşün favoriti olduğunu bildirib:

"Almaniya son dünya çempionudur və güclü heyətə malikdir. Heyətdəki bəzi itkilərə baxmayaraq, Bundestim görüşün əsas favoritidir. Onların üzərində böyük təzyiq olacaq. Ancaq biz də təzyiq altında oynayacağıq. Bu mənada yaxşı oyun olacağını düşünürəm".

Qeyd edək ki, iyulun 7-də keçiriləcək Almaniya - Fransa oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
/Qol.az/


Müəllif: