23 İyun 2014 19:01

Ulduz oyunçu vergilərin ödənilməməsi səbəbindən bu məbləği ödəməlidir

Futbol Futbol üzrə Argentina yığmasının və “Barselona” klubunun hücumçusu Lionel Messi 33 milyon avro cərimələnib.

Teleqraf.com bildirir ki, ulduz oyunçu vergilərin ödənilməməsi səbəbindən bu məbləği İspaniyanın dövlət xəzinəsinə ödəməlidir.

Qeyd edək ki, keçən il Messi və onun atası Xorxe 2007-2009-cu illərdə 4,1 milyon avro məbləğində vergi ödəməkdən yayınmaqda ittiham edilib. Həmin ilin avqust ayında onlar təqribən 5 milyon avro ödəmişdilər. Bu, ödənilməmiş vergi məbləğinin faizlə birlikdə cəminə ekvivalentdir. Lakin Messi bundan əlavə, həmin məbləğin 65 faizi həcmində (2,7 milyon avro) cərimə ödəməlidir.

Vergi orqanları ilə əldə edilmiş razılaşmaya əsasən, argentinalı futbolçu 2010-2012-ci illərdə onun tərəfindən yol verilmiş pozuntulara görə qarşıdakı 5 il müddətində daha 25 milyon avro ödəyəcək.

Futbolçu vergi pozuntularına yol verməsini bilməyib. Məhkəmə bunu nəzərə alaraq, keçən həftə Messinin cinayət məsuliyyətindən azad edilməsi barədə qətnamə çıxarıb./ans press/


Müəllif: