6 İyul 2016 15:05

Fransada keçirilən futbol üzrə Avropa çempionatı yekunlaşmaq üzrədir.

Yarımfinalda Portuqaliya Uelslə, Fransa isə Almaniya ilə qarşılaşacaq. Qalib gələcək komandalar finalda çempionun adını müəyyənləşdirəcək.

Bu gün Portuqaliya - Uels komandaları qarşılaşacaq.

Teleqraf.com məşhurlara "Fransada keçirilən futbol üzrə Avropa çempionatını izləyirsinizmi və sizcə, finalda hansı ölkə qalib gələcək?" sualı ilə müraciət edib.

Cavabları təqdim edirik:

Fərda Xudaverdiyev: "Portuqaliya-Uels qarşılaşmasında Uels, Almaniya-Fransa oyununda isə Fransa qalib gələcək. Finalda isə Fransanın qalib gələcəyinə inanıram".

Elşad Xose: "İdman mənlik deyil, xüsusilə ilə də futbol. Ona görə də Fransada keçirilən futbol üzrə Avropa çempionatını izləmirəm".

Niyam Səlami: "Futbol ilə maraqlanmadığım üçün Avropa çempionatını izləmirəm".

Səməd Səmədov: "Uels-Portuqaliyaya oyununda Uelsin qalib gəlməsini istəyirəm. Almaniya komandası maşın kimi oynayır, dünya çempionudur. Avropa çempionu da olmaq istəyirlər. Fransa ilə Uelsin finala qalmasını istəyirəm. Finalda isə Uelsin qələbə qazanmasını istəyirəm. Çünki o komandada "Real Madrid"in gözəl oyunçusu oynayır. Uels balaca ölkədir, amma çox güclü oyun nümayiş etdirir. Uels finala Fransa ilə çıxsa, qalib Fransa, Almaniya ilə qarşılaşsa, Almaniya komandası çempion olacaq. Belə ki, qalib ya Fransa, ya Almaniya olacaq".

Ədalət Şükürov: "Heç vaxt futbola marağım olmayıb. Ona görə də izləmirəm".

Tarix (Tolik) Əliyev: "Futbol yeganə idman növüdür ki, mənə maraqsız gəlir. Fransanı sevmirəm, çünki ermənipərəstdirlər. Almaniya isə son vaxtlar bizə qarşı sanksiyalar irəli sürür. Məncə ən neytral ölkə Portuqaliyadır və o ölkə də qalib gəlməlidir. Belə ki, Fransa və Almaniyanın qalib gəlməsini istəməzdim".

Şəhriyar Əbilov: "Mənim ən sevdiyim ölkələr - Türkiyə və İtaliya Avropa oyunlarından çıxdığına görə, oyunu izləmirəm. Ona görə məyus olmuşam. Futbolu çox sevən insan kimi dörd ölkə arasında Almaniyanın qalib gələcəyini gözləyirəm".

Çingiz Mustafayev: "Futbolu izləməyə vaxt olmur. Ona görə də hansı komandanın qalib gələcəyi haqqında fikir söyləyə bilməyəcəm".

Rəqsanə


Müəllif:
Загрузка...