7 İyul 2016 21:53
427
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mercedes komandası Formula 1 üzrə dünya çempionunun Bakıda keçirilmiş yarışlardakı qəzadan sonra guya əsəbindən otağını dağıtması barədə məlumatı təkzib edib.

Teleqraf.com BBC-yə istinadən verdiyii məlumata görə, komanda təqaüdə çıxmış üçqat dünya çempionu Niki Lauda-nın keçən həftə Avstriyanın Servus telekanalındakı müzakirələr zamanı dediklərinə münasibət bildirib.

Reuters-in bildirdiyinə görə cənab Lauda Servus kanalında bildirib ki, Hamilton özünü otaqda bağlamaq istəyib: “O dedi ki, mən içəri girə bilmərəm, çünki o, hər şeyi qırır, ona görə də qapını açdım,” avstriyalı əlavə edib.
Mercedes bildirib ki, Niki Lauda indi adından bəyanatla “məsələyə aydınlıq gətirmək” istəyib.

“Levis Hamilton Bakıdakı yarışlarda heç bir halda otel otağına və ya şəxsi sürücü otağına xələl yetirməyib,” bəyanatda deyilir.

Mercedes həmçinin bildirib ki, “Nikki şərhinin yaratdığı anlaşılmazlığa görə təəssüf hissi keçirir”.

Hamilton Bakıda keçirilmiş Formula 1 üzrə Avropa Qran Prisində dördüncü olub. Azərbaycanda ilk dəfə keçirilmiş yarışın qalibi Nico Rosberg olub.


Müəllif: