7 İyul 2016 22:35
454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş Avropa çempionatının yarımfinalında Uels üzərində qazandıqları qələbədən (2:0) sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Santuş Portuqaliyanın dünyanın ən güclü komandası olmadığını deyib. Ancaq o, hər oyun üçün bəlli plana sahib olduqlarını vurğulayıb:

"Başa düşürdüm ki, cəhənnəm əzabı kimi çətin oyun olacaq. ancaq özümüzün üstün keyfiyyətlərimizə inanırdıq. Uels çox güclü komandadı. Buna baxmayaraq, yetirmələrim bu yığmanın müqavimətini qıra bildi.

Bizim oyun üçün həmişə dəqiq planımız olur. Bu plan həm hücuma, həm də müdafiəyə aid olur. Başa düşürük ki, Portuqaliya dünyanın ən yaxşı komandası deyil. Amma bizim öz üstünlüklərimiz var ki, məhz onlardan yararlanırıq. Hər şey bundan ibarətdi. Uels çox sürətli hücumçulara sahibdi. Onlar sürət yığarkən top almamalıydılar. Hesab edirəm ki, bizim plan işə yaradı.

Bilirsiz, Portuqaliya yığmasında mənim ilk oyunum "Stad de Frans"da olub. Həmin vaxt futbolçularıma dedim ki, 2 ildən sonra bura final oynamaq üçün qayıtmalıyıq. İndi isə hədəfimiz Avropanın ən yaxşısı olmaqdı".


Müəllif: