8 İyul 2016 20:13
485
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarabağ”ın Çempionlar Liqasının II təsnifat mərhələsinin “Düdelanj”la cavab oyununun hakimləri bəlli olub.

Qol.az-ın məlumatına görə, Lüksemburqda keçiriləcək oyunu şotlandiyalı hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Kevin Klansi olacaq.

32 yaşlı referi buna qədər iki klubumuzun oyununu idarə edib. O, 2012/13 mövsümündə Avropa Liqasının I təsnifat mərhələsində “İnter”in Estoniyanın “Trans” klubu ilə Bakıda keçirilən cavab matçına təyinat alıb.

Kevin Klansi ötən mövsüm Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Mladost” – “Neftçi” matçını da idarə edib. Gənc referi həmin görüşdə “Neftçi” futbolçularına 2 qırmızı, 4 sarı vərəqə göstərib.


Müəllif: