10 İyul 2016 17:20
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliya millisinin gənc futbolçusu Renatu Sanşeşin yaşı ətrafındakı mübahisələrə son qoyulub.

Goal.az "Diario de Noticas" nəşrinə istinadən xəbər verir ki, Sanşeşin dünyaya gəldiyi "Hospotal Amadora-Sintra" doğum evi onun 1997-ci il avqustun 18-də anadan olduğunu təsdiqləyib. Sözügedən xəstəxana bunu əks etdirən sənədi təqdim edib. Futbolçunun yaşı barədə şübhələr onun doğum tarixinin 2002-ci ildə qeydə alınmasıdır. Renatunun atası onun dünyaya gəlməsindən 5 ay sonra həyat yoldaşı ilə boşanıb Fransaya mühacirət etmiş və 5 ildən sonra geri dönərək oğlunun dünyaya gəlməsini sənədləşdirmişdi.

Bu səbəbdən əvvəlcə "Sporting" klubunun prezidenti, sonra isə fransalı mütəxəsis Qi Ru futbolçunun 18 yox, 24 yaşlı olduğunu iddia etmişdi. Gənc yarımmüdafiəçi 77 yaşlı Runun fikirlərini yolverilməz hesab etməklə vəkilinə onu məhkəməyə verməyi tapşırmışdı.


Müəllif: