10 İyul 2016 20:52

“Dnepr” klubunun müdafiəçisi Papa Quye “Qəbələ”nin maraq dairəsinə düşüb.

Qol.az-ın xəbərinə görə, bu haqda Ukraynanın sportanalytic.com saytı məlumat yayıb. Bildirilir ki, baş məşqçi Roman Qriqorçuk komandasının müdafiə xəttini gücləndirmək istəyir. Bu məqsədlə də o, 32 yaşlı seneqallını komandasına cəlb etmək fikrindədir.

Məlumatda bildirilir ki, Quyenin məxsus olduğu “Dnepr”in maddi durumu hazırda acınacaqlı vəziyyətdədir. Komandanın digər üzvləri kimi, seneqalı oyunçu da uzun müddətdir maaş ala bilmir. Bütün bunlardan sonra onun “Dnepr”I tərk etmək ehtimalı yüksəkdir.


Müəllif:
Загрузка...