11 İyul 2016 01:30
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Fransada keçirilən “Avro-2016”nın qalibi məlum olub.

Bununla da iyunun 10-da start götürən qitə birinciliyi sona çatıb. Həlledici oyunda meydan sahibləri ilə Portuqaliya millisi üz-üzə gəlib. Bu mərhələyə qədər məğlub olmayan komandaların oyunu maraqla gözlənilirdi.

Görüşün əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtın 109-cu dəqiqəsində Ederin vurduğu qol Portuqaliyaya tarixində ilk dəfə Avropa çempionluğunu qazandırıb.

10 iyul

Avropa çempionatı, final

23:00. Portuqaliya - Fransa - 1:0
Qol: Eder, 109 (1:0)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi-hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Sent-Denis. "Stad de France"

Qol.az


Müəllif: