11 İyul 2016 08:05

"Barselona"nın hücumçusu Neymar klubdakı komanda yoldaşı Lionel Messi barədə danışıb.

Komanda.az xəbər verir ki, braziliyalı futbolçu İspaniya mətbuatına açıqlamasında Messinin milli karyerasını bitirməsiylə bağlı qərarına hörmət etdiyini deyib:

"Onun qərarına hörmət edirəm, ancaq Messisiz futbol, futbol deyil. O olmadan futbolu xəyal belə etmirəm. Messinin "Barselona" və Argentina millisi üçün etdiyi işlərə heyranam".

Xatırladaq ki, Argentina millisi Amerika kubokunun final oyununda Çiliyə uduzduqdan sonra Lionel Messi milli karyerasını başa vurduğunu açıqlamışdı. Onun bu qərarı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmamışdı.


Müəllif:
Загрузка...