13 İyul 2016 00:33
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəqib bir daha göstərdi ki, bu oyuna ciddi hazırlaşmışdı. Cavab matçı ən ağır oyunlarımızdan biri olacaq. Düşünürəm ki, rəqib cavab matçında çox yaxşı mübarizə aparacaq. Lüksemburqdakı stadionun durumu da yaxşı deyil. İnanıram ki, bu durum yaxın günlərdə müsbətə doğru dəyişəcək. Rəqibin sürətli futbolçuları çoxdur, bu da ola bilsin, bizə problem yaratsın. Cavab matçında həddindən artıq ciddi olmalıyıq və istəyirik ki, orada da qalib gələk. Futbolçularımı da təbrik edirəm, biz də öz oyunumuzdan əl çəkmədik. Belə komandalara top versək, bizim üçün daha çətin olar".

Teleqraf.com xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilən "Qarabağ" - "Düdelanj" (Lüksemburq) matçından sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçinin sözlərinə görə, komandasına bir neçə oyun lazımdır ki, öz ritmini tutsun: "İkinci hissədə rəqibin öz oyun üslubundan əl çəkməməsi bizi tempi aşağı salmağa məcbur etdi. Hücumlarımızı istədiyimiz kimi qura bilmirdik. Amma yenə də tələsmədən qolumuzu axtarırdıq. Bu elə bir turnirdir ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. Odur ki, səbrli olmaq lazımdır".


Müəllif: