18 İyul 2016 13:37
301

Futbol üzrə Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Aue" klubu yoxlama matçında "VFC Rayhenbax" klubu ilə qarşılaşıb.

Nazarovun komandası rəqibini meydana çıxmağa peşman edib. Belə ki, oyun "Aue"nin 31:0 hesablı qələbəsi ilə yekunlaşıb.

31 qolun qeydə alındığı qarşılaşmada millimizin üzvü rəqib qapıçısını 6 dəfə məyus edib. (sport7.az)


Müəllif: