21 İyul 2016 13:36
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mançester Yunayted" Paul Poqbanın transferi üçün "Yuventus"la anlaşıb. Fanat.az xəbər verir ki, bu barədə Avropanın ən böyük idman qəzetlərindən biri olan "L`Equipe" məlumat yayıb.

Qəzet yazır ki, iki klub 120 milyon avro transfer haqqı məsələsində razılığa gəlib. Poqba özü isə İnjiltərədə hər il 13 milyon avro qazanacaq. O, 5 illik müqavilə imzalayacaq.

Bu transfer baş tutsa, tarixin ən bahalı keçidi olacaq. Bundan əvvəl "Real" Qaret Beyli "Tottenhem"dən 100, Kriştiano Ronaldonu "Mançester Yunayted"dən 94 milyon avroya almışdı.

Qeyd edək ki, Paul Poqba "Mançester Yunayted"in yetirməsidi. O, 2011-2012-ci illərdə klubun əsas heyətinə yüksəlsə də, Premyer Liqada cəmi 3 oyun keçirib. 2012-c ildə onu transfer edən "Yuventus"un fransalı futbolçunu 100 milyon avrodan aşağa satmayacağı dəqiqdi.


Müəllif: