23 İyul 2016 17:00

Beynəlxalq Güləş Federasiyasının (FİLA) təşkilatçılığı ilə Romada qraplinq güləşi üzrə Avropa çempionatı keçirilib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, çempionatda FHN-in İdman-sağlamlıq klubunun əməkdaşı Faiq Rzayev ölkəmizi hakim və məşqçi kimi təmsil edib. O, Avropa birinciliyin qarşılaşmalarını qüsursuz idarə etdiyinə görə FİLA-nın qraplinq güləşi sertifikatı ilə təltif edilib.

Milli komandamızın üzvü Hacımurad Putiyev Avropa çempionatında ikinci yerə layiq görülüb.

Faiq Rzayev idmanın bu növü üzrə ilk azərbaycanlı beynəlxalq dərəcəli hakimdir. O, həmçinin qraplinq güləşi üzrə yığma komandanın baş məşqçisidir.


Müəllif:
Загрузка...