24 İyul 2016 12:11
461
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının sonuncu günü başlayıb.

Trend-in məlumatına görə, yarışlar Milli Gimnastika Arenasında keçirilir.

Fnalda fərdi gimnastların top, halqa, lent və gürzlərlə, həmçinin qrup hərəkətləri komandalarının 5 lentlə, 3 cüt gürz və 2 halqa ilə çıxışları olacaq.

Azərbaycanı top və lentlə çıxışlarda Marina Durunda, eləcə də qrup hərəkətləri komandasının tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova təmsil edirlər.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparıb. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.


Müəllif: