24 İyul 2016 13:24
635
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyalı idmançı Yana Kudryavtseva Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında gürzlərlə hərəkətlərin yekunu üzrə qızıl medal qazanıb.

Trend-in məlumatına görə, onun nəticəsi 19.450 bal olub.

Gümüş medal digər rusiyalı gimnast Marqarita Mamuna (18.550) qismət olub. Bürünc medalı isə Fransa təmsilçisi Kseniya Mustafayeva (18.500 bal) qazanıb.

Qeyd edək ki, bu il bədii gimnastika üzrə FIG Dünya Kubokunun finalı 22-24 iyul tarixlərində Azərbaycanın paytaxtında keçirilir. Yarışların ilk iki günündə çoxnövçülükdə 17 ölkənin gimnastı medallar uğrunda mübarizə aparır. Dünya Kubokunun son günündə ayrı-ayrı növlər üzrə finallar keçiriləcək.


Müəllif: