24 İyul 2016 15:58
254

İsrail yığması Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Kubokunun finalında 5 lentlə qrup hərəkətlərinin yekununda qızıl medal qazanıb.

Trend-in məlumatına görə, finalda israilli gimnastlar 18.500 bal toplayıblar.

İkinci yeri rusiyalı (18.350 bal), üçüncü yeri isə ispaniyalı (18.250) idmançılar tutublar.

Tərkibində Siyana Vasileva, Aleksandra Platonova, Diana Doman, Zeynep Celep və Ayşən Bayramova olan Azərbaycan komandası finalda 18.100 bal toplayaraq 5-ci yerdə qərarlaşıb.


Müəllif: