25 İyul 2016 18:57
508
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Borussiya"nın hücumçusu Pyer-Emerik Obameyanq komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın ZDF-ə istinadən verdiyi məlumata görə, 27 yaşlı futbolçu yalnız "Real" üçün Dortmund təmsilçisinindən ayrıla biləcəyini deyib: "Altetiko"nun mənimlə maraqlanması xəbəri yanlış idi. Yaxşı ki, bu xəbər tezliklə unuduldu. Mən yalnız "Real"a görə "Borussiya"dan ayrılaram. Ancaq hazırda belə bir şey yoxdur".

Qeyd edək ki, 2013-cü ildən "Borussiya"da çıxış edən Obameyanq keçirdiyi 94 oyunda 55 qol vurub.


Müəllif: