25 İyul 2016 21:45
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bavariya"nın yarımmüdafiəçisi Frank Riberi klubun yeni baş məşqçisi Karlo Ançelotti barədə danışıb.

Goal.az xəbər verir ki, fransalı havbek onun haqqında xoş fikirlər səsləndirib.

"Motivasiya yerindədir, sərbəstlik hiss edirəm. Karlo Ançelotti klub üçün bir hədiyyədir. Onun gəlişindən sonra özgüvən artıb. Karlo əla məşqçidir. Onun kimi, Haynkes və Hitzfeld kimi mütəxəsislərin ətrafımda olmağı xoşdur. Maksimum gücümü göstərmək üçün etimada ehtiyacım var. İnam, hörmət və dostluq aparıcı amillərdir. Özümü rahat hiss edəndə, hətta 150 faiz gücümü qoymağa hazıram. Ançelotti ilə uğurlu nəticələr qazana bilərik. Yeni mövsümün başlanmasını səbirsiziklə gözləyirəm".


Müəllif: