27 İyul 2016 00:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib.

Son Azərbaycan çempionu "Qarabağ" növbəti oyununa çıxıb.

Qurban Qurbanovun komandası Çexiyada "Viktoriya"nın qonağı olur. Ardıcıl üçüncü dəfə ÇL-in III təsnifat mərhələsində oynayacaq Ağdam təmsilçisi "pley-off"a vəsiqə qazanmağa çalışacaq. Bunun üçün səfərdən sərfəli nəticə ilə ayrılmaq lazımdır. "Dusan Arena"da keçiriləcək "Viktoriya" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 22:15-də başlayıb.

Qeyd edək ki, bu komandalar arasında cavab görüşü avqustun 2-də Bakıda keçiriləcək.

26 iyul

Çempionlar Liqası, III təsnifat mərhələsinin ilk oyunu

22:15. "Viktoriya" (Çexiya) – "Qarabağ" (Azərbaycan) - 0:0
Qırmızı vərəqə: Yan Baranek, 75 ("Viktoriya")
Baş hakim: Aleksandar Stavrev
Baş hakimin köməkçiləri: Maryan Kirovski, Deyan Kostadinov
Dördüncü hakim: Dimitar Mekarovski (hamısı Makedoniya)
Plzen. "Dusan Arena" stadionu


Müəllif: