27 İyul 2016 11:00
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pouerliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionumuz Zərdüşt Həsrətov dünyasını dəyişib.

22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

Həsrətovun yaxınlarının verdiyi məlumata görə, idmançı ürəkçatışmazlığından həyatını itirib.

Qeyd edək ki, "Zirvə" klubunun yetirməsi olan Zərdüşt, 7 iyul tarixində öz 22 yaşını qeyd etmişdi. (Sport7.az)


Müəllif: