28 İyul 2016 01:35
241

Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Qarabağ" – "Viktoriya Plzen" cavab oyununun başlama saatı müəyyənləşib.

Teleqraf.com "Qarabağ" klubunun saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma avqustun 2-i, saat 20:30-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında ilk matç 0:0 hesabı ilə başa çatıb.


Müəllif: