28 İyul 2016 12:12

“Qəbələ” Avroliqanın III təsnifat mərhələsi çərçivəsində bu gün ilk oyununa çıxacaq.

Goal.az xəbər verir ki, cari mövsümündə keçirdiyi 4 görüşdən 3-də qələbə qazanan Qriqorçukun yetirmələrinin növbəti rəqibi Fransanın “Lille” klubu olacaq.

“Samtredia” (Gürcüstan) və MTK (Macarıstan) klublarını mübarizədən kənarlaşdıran “Qəbələ” Fransa klubuna da eyni aqibəti yaşatmaq fikrindədir . Ötən mövsüm AL-in qrup mərhələsində çıxış etmiş Roman Qriqorçukun komandası pley-offun astanasındadı.

Fransa çempionatının 2015/2016 mövsümünün 5-cisi ilə oyun “Qəbələ” üçün 21-ci avrokubok matçı olacaq.


Müəllif: