28 İyul 2016 14:58
488
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çelsi"nin baş məşqçisi Antonio Konte transfer bazarında qiymətlərin yüksək olmasından şikayətlənib.

Goal.az xəbər verir ki, italyan mütəxəsis bunları deyib: "Bu transfer dönəmində klublar dəli olub. İnanılmazdır. İndi maraqlandığın futbolçu ilə anlaşmaq üçün xeyli pul ödəmək lazım gəlir. Bu situasiyanın nə qədər davam edəcəyini bilmirəm. Yeni futbolçuların transferi ilə əlaqədar çətinliyimiz var. Artıq 100,120,95 milyon avro transfer qiymətindən söhbət gedir. Müasir futbol belədir. Əvvəlki ehtirasla işləyib azarkeşləri ruhlandırmaq lazımdır".


Müəllif: