28 İyul 2016 18:55

Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores kubokunun qalibi müəyyənləşıb.

AZƏRTAC xəbər verir ki, turnirin kubokunu Kolumbiyanın “Atletiko Nasional” futbol komandası qazanıb. Medelin təmsilçisi final duelinin ikinci oyununda Ekvadorun “İndependyente del Vale” klubuna qalib gəlib - 1:0. Yeganə qolu qarşılaşmanın 9-cu dəqiqəsində Migel Borxa vurub.

Ekvadorda keçirilən ilk qarşılaşma 1:1 hesabı ilə başa çatmışdı.

Bununla da “Atletiko Nasional” tarixində ikinci dəfə mükafata sahib çıxıb. Kolumbiya klubu 1989-cu ildə də kuboku qazanmışdı.


Müəllif:
Загрузка...