29 İyul 2016 10:29
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarının startına sayılı günlər qalıb. Olimpiadalar tarixi ilginc olaylarla zəngindi. Fanat.az onlardan ən maraqlılarını təqdim edib.

- 1928-ci ildə Amsterdamda keçirilən Olimpiya Oyunlarında avstraliyalı kaoneçi Anri Parse 1/4 finalda qayığını saxlayaraq çaydan keçən ördək sürüsünə yol verib. Bir müddət dayanmağına baxmayaraq, o, sonda qızıl medala sahib çıxıb.

- 1904-cü ildə amerikalı marafon yarışçısı Fred Lors yarışın böyük bir hissəsini arabaya minərək keçirdiyi ortaya çıxdığından yarışdan kənarlaşdırılıb.

- "Tarzan" filmləri ilə tanınan amerikalı aktyor Conni Veysmuller 1924 və 1928-ci illərdəki Olimpiya Oyunlarında üzgüçülük yarışlarında 5 qızıl medal qazanıb.

- 1900-cü ilin Olimpiya Oyunlarında uçan hədəfi vurmaq yarışlarında "gildən göyərçin" əvəzinə canlı göyərçinlərdən istifadə edilib. Nəticədə 300 canlı məhv olub.

- 1948-ci ildəki London Olimpiya Oyunlarında yarışlar pis hava şaraiti üzündən axşam saatlarına salınıb. Bu səbəbdən yarışların keçirildiyi yerlər maşın işıqları ilə işıqlandırılıb.

- 2012-ci ildə Londonda keçirilən Olimpiya Oyunları zamanı təbiəti qorumaq məqsədi ilə Olipiya Parkına 500 quş və 150 yarası yuvası yerləşdirilib.

- Antik Yunan dövründə atletlər olimpiadaya çılpaq şəkildə qatılırmış.

- Qara dərili atletlər olimpiadalarda 1960-cı ilə qədər marafon yarışlarında qalib gələ bilməyib. İlk belə qalib 1960-cı ildə efiopyalı Abebe Bikila olub.

- Olimpiya Oyunlarının açlışında məşəli yandıran ilk qadın atlet 1968-ci ildə Mexiko Olimpiyadasında Norma Basilio olub.

- 1900-cu il Paris Olimpiya Oyunlarında atletlərə medal əvəzinə tablo hədiyyə edilib. Fransızlar tabloların medallardan daha dəyərli olduğunu bildirib.

- Televiziyada yayımlanan ilk olimpiada 1936-cı ildə Berlində keçirilən Olimpiya Oyunları olub.

- Londonun ev sahibliyi etdiyi ilk olimpiada olan 1908-ci ildəki oyunlar aprel-oktyabr ayları ərzində 6 aydan çox davam edib. Bu Olimpiya Oyunları əslində İtaliyanın paytaxtı Romada keçrilməli idi. Amma oyunlardan iki il əvvəl İtaliyada bir vulkanın püskürməsi və Napoli şəhərinə zərər vurması ölkə hökuməti yarışları ləğv etməyə məcbur olub.

- Müasir Olimpiya Oyunlarının ən qısa davam edəni "Afina-1896" olub. 14 ölkədən 241 idmançının iştirakı ilə keçirilən yarışlar 9 idman növü üzrə baş tutub və cəmi 9 gün davam edib.


Müəllif: