30 İyul 2016 00:52
494
12 Punto 14 Punto 16 Punto 18 Punto
Braziliyanın "Palmeyras" klubunun futbolçusu Qabriel Jesus yeni mövsümdən İngiltərə Premyer Liqasında oynayacaq. "Fox Sports" saytının məlumatına görə, onu "Mançestir Siti" klubu alacaq. Klub bunun üçün "Palmeyras"a 32 milyon avro ödəyəcək. Yaxın günlərdə rəsmi açıqlama gözlənilir. Qeyd edək ki, 19 yaşlı hücumçu "Palmeyras"da keçirdiyi 32 oyunda 14 qol vurub.

Müəllif: