31 İyul 2016 11:36
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Almaniya milli komandasının futbolçusu Bastian Şvaynştayger karyerasını başa vurduğunu açıqlayıb.

AZƏRTAC “Bild” nəşrinə istinadla xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu barədə “Twitter”dəki şəxsi səhifəsində məlumat verib.

“Avro-2016”da millinin kapitanı olan Şvaynştayger azarkeşlərə müraciət edib: “Almaniya yığmasının əziz azarkeşləri! Mlli komandanın baş məşqçisinə gələcəkdə məni daha çağırmamağı xahiş etdim. Çünki yığmada çıxışımı başa vurmaq qərarı verdim. Mən azarkeşlərə, komandaya, Almaniya Futbol İttifaqına və yığmanın əməkdaşlarına minnətdarlıq edirəm”.

Qeyd edək ki, Şvaynştayger 2004-cü ildən oynadığı komandada 120 matçda 24 qol vurub. Bastian 12 ildə dünya çempionu, mundialın iki dəfə bürünc medalçısı, “Avro-2008”in gümüş mükafatçısı olub.


Müəllif: