25 İyun 2014 14:42
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Superkuboku uğrunda matçın keçiriləcəyi məkan və oyunun vaxtı müəyyənləşib.

Teleqraf.com xəbər verir ki, ötən il Naxçıvanda keçirilən görüşə bu dəfə Qəbələ ev sahibliyi edəcək.

Artıq bununla bağlı Peşəkar Futbol Liqası qərar qəbul edib. Superkubok oyunu avqustun 13-də keçiriləcək. Bundan 4 gün əvvəl isə Premyer Liqada yeni mövsümə start veriləcək.

Qeyd edək ki, Superkubokda ölkə çempionu "Qarabağ"la kubokun sahibi "Neftçi" qarşılaşacaq.


Müəllif: