25 İyun 2014 14:51
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" Madrid klubunun əfsanəvi futbolçusu Zinəddin Zidan bundan sonra klubun gənclər komandası "Kastilya"nı çalışdıracaq.

Teleqraf.com-un məlumatına görə, 1998-ci ildə "Qızıl topa" sahib çıxmış fransız 2010-cu ildən madridlilərin strukturunda çalışır.

Ötən mövsüm o, Karlo Ançelottinin köməkçisi olub, bu yay isə "Bordo"nun məşqçisi olmaqdan imtina edib.

Zidanın anasının soyadını daşıyan 19 yaşlı oğlu Entso Fernandes də klubun gənclər komandasında oynayır.


Müəllif: