27 İyun 2014 15:49
476

“Sautqempton”un futbolçusu Lyuk Şou “Mançester Yunayted”də tibbi baxışdan keçib.

Teleqraf.com xəbər verir ki, 18 yaşlı futbolçu bu günlərdə rəsmən ictimaiyyətə təqdim ediləcək. “Qırmız şeytanlar” onun üçün “Sautqempton”a 38 milyon avro ödəyib. Şou dünyanın ən bahalı gənc oyunçusu statusuna sahib olub.

Qeyd edək ki, futbolçu özü “Mançester Yunayted”də həftəyə 125 min avro qazanacaq.


Müəllif: