28 İyun 2014 09:34
875
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Mant-an-İvelin şəhərində yeniyetmələr və 23 yaşadək kayakçılar və kanoeçilər arasında Avropa çempionatı start götürüb.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nüfuzlu yarışda Azərbaycanı yeniyetmələrin mübarizəsində kayakçı Aleksey Solovey, Amil Hüseynli və kanoeçi Mikita Sablin, 23 yaşadək kayakçıların yarışında Aleksandr Piçugin, Mirnazim Cavadov və Tamerlan Mustafayev, kanoeçilərdən isə Anatoli Melnik, Aleksey Kupin və Taras Matviyçuk təmsil edirlər.

İyunun 27-də Matviyçuk - Kupin dueti 2 nəfərlik qayıqla (C-2) 1000 metr məsafəyə yürüşdə bürünc medal qazanıb. Onlar seçmə yürüşdə finişə 3 dəqiqə 48,220 saniyəyə çataraq, 1-ci olublar və birbaşa əsas finala yüksəliblər. Həlledici yürüşdə isə təmsilçilərimiz 3 dəqiqə 36,432 saniyə nəticə ilə 3-cü yeri tutublar. Qızıl medal rusiyalı Aleksey Korovaşkov - İlya Pervuxin (3:34.072), gümüş medal isə ukraynalı Yuri Vandyuk - Andrey Rıbaçok (3:35.352) duetlərinə qismət olub.

Digər kayakçılarımız və kanoeçilərimiz qarşıdakı hələlik fəxri kürsüyə yüksələ bilməyiblər.

Qeyd edək ki, Avropa çempionatında 32 ölkə mübarizə aparır.


Müəllif: