29 İyun 2014 19:44
1 039
12 Punto 14 Punto 16 Punto 18 Punto

Brazilya millisinin hücumçusu Neymar DÇ-2014-ün Çiliyə qarşı keçirilən 1/8 final oyunu (1:1, penaltilər seriyasında 3:2) bitən kimi ağlamağa başlayıb.

Oyundan sonra o, jurnalistlərə deyib ki, 120 dəqiqə, bundan başqa, penaltilər seriyası zamanı çox çətinlik cəkiblər.

“Əslində sevincimdən ağladım. Bu, bizim ən yaxşı oyunlarımızdan deyildi. Amma mərhələ adlamaq üçün göstərdiyimiz səylər məni də həyrətləndirdi. Hələ heç vaxt bugünkü oyundakı qədər ağrılarım olmamışdı. Zərbələr aldım, belimdə ağrı ola-ola oynadım. İndi ancaq istirahət haqda düşünürəm” –deyə o bildirib./qol.az/


Müəllif: