29 İyun 2014 22:08

Dünya Çempionatında çıxış edən Yunanıstan millisinin futbolçuları onlara veriləcək mükafatlardan imtina ediblər.

Oyunçular ölkənin baş naziri Antonius Samarasa müraciət edərək onlara veriləcək mükafatın milli komandanın idman bazasının yaradılmasına xərclənməsini xahiş ediblər.

“Bizə hansısa mükafat, ya da pul lazım deyil. Biz öz ölkəmiz və xalqımız üçün oynayırıq. Sizdən bircə xahişimiz odur ki, Yunanıstan yığması üçün idman mərkəzi tikəsiniz”, - deyə futbolçuların müraciətində bildirilib./axar/


Müəllif:
Загрузка...