29 İyun 2014 23:21
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya millisi DÇ-2014-ün 1/8 finalında Əlcəzairlə oyuna itki ilə çıxacaq.

Komandanın aparıcı futbolçularından olan Lukaş Padolski zədə səbəbindən sabahkı oyunda iştirak edə bilməyəcək.

Bu barədə milli komandanın baş məşqçisi Yoahim Löv Almaniya mətbuatına açıqlamasında deyib. O, ABŞ-la oyunda dizindən zədə alan futbolçusuna 2-3 gün istirahət verəcəyini bildirib.

Qeyd edək ki, milli komanda ilə 116 oyuna çıxan Padolski rəqib qapılarına 47 qol vurub./qol.az/


Müəllif: