30 İyun 2014 17:44
377

İspaniyanın “Barselona” klubunun hücumçusu Aleksis Sançes komandadan ayrılmaq niyyətindədir.

Sançes artıq “Barselona”da deyil, İngiltərənin “Arsenal” klubunda karyerasını davam etdirmək istəyir.

“Arsenal” klubundan cavab da gecikməyib. Klub 25 yaşlı çilili futbolçu üçün 28 mln funt sterlinq (təqribi 37 mln manat) ödəməyə hazırdır.

Qeyd edək ki, İngiltərənin “Liverpul” klubu da Aleksis Sançeslə maraqlanırdı. Lakin Sançes “Arsenal”da oynamağa üstünlük veridiyini açıqlayıb./anspress/


Müəllif: