1 İyul 2014 10:13
945
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa millisinin futbolçusu Pol Poqba "DÇ-2014"ün 1/8 finalında məğlub etdikləri Nigeriya ilə oyunda haqda fikirlərini bölüşüb.

Gənc futbolçu növbəti görüşlərdə də qələbəyə oynayacaqlarını bildirib:

"Hisslərimi sözlə ifadə etmək çətindir. Bütün Fransanın bizi dəstəkləyəcəyini bilirdik. Vurduğum qol komandanı daha da ruhlandırdı. Qələbə qazandığımız üçün şadam. Belə vacib oyunda fərqləndim. Bu, həyatımın ən yaxşı anlarından biridir.

Almaniya millisindən çəkinirik? Niyə də qorxmalıyıq ki? Fransa millisi heç bir rəqibdən qorxmur. Hər zaman meydanda var-gücümüzü qoyuruq. Növbəti görüşlərdə də yalnız qələbəyə oynayacağıq".

Qeyd edək ki, Nigeriya ilə oyunda hesabı açan Poqbanın komandasının 1/4 finala yüksəlməsində böyük pay sahibi olub - 2:0. Fransa millisi növbəti mərhələdə Almaniya - Əlcəzair cütünün qalibi ilə qarşılaşacaq./qol.az/


Müəllif: